Kolposkopiya ilə uşaqlıq boynunda baş verən dəyişiklikləri vaxtında aşkar etmək mümkündür.
Kolposkopiya proseduru xüsusi alətin – kolposkopun köməyi ilə həyata keçirilir. Bu alət həkimə böyüdücü şüşə altında uşaqlıq boynuna və uşaqlıq yoluna baxmaq imkanı verir.
Bu müayinə nə üçündür?
Kolposkopiya uşaqlıq boynunun eroziyası, leykoplakiya, ektopiya, uşaqlıq boynunun displaziyası və xərçəngi kimi xəstəliklərin dəyərli diaqnostika metodudur. Ginekoloji baxış keçən bütün qadınlara kolposkopiya müayinəsi təyin olunmalıdır. Kolposkopiya ilə birlikdə uşaqlıq boynunun biopsiyası da həyata keçirilir.
Qadınların ildə bir dəfə kolposkopik müayinədən keçmələri ciddi tövsiyə olunur. Bu müayünə bizə həm uşaqlıq boynunun xəstəliklərinin diaqnostikasında və müalicə üsulunun secilməsində kömək edir.
Hansı hallarda kolposkopiyanın aparılması tövsiyə olunur:
Uşaqlıq boynu yaxmasında (pap yazma, HPV müsbət olduqda) dəyişilmiş hüceyrələr və ya şiş önü hüceyrələr olduqda,
Uşaqlıq boynu və ya uşaqlıq yolunun xərçənginə şübhə oldquda,
Uşaqlıq boynunun şiş önü xəstəliklərinin müalicəsindən sonra həkiminizin təyinatı əsasında təkrar baxış,
Naməlum səbəbli tez-tez rast gəlinən vaginal və ya cinsi əlaqədən sonrakı qanaxmalar,
Uşaqlıq boynunun xronik iltihab xəstəlikləri,
HPV və ya insanın papilloma virusuna skrininq müsbət çıxdıqda,
Itiuclu kondilomalar.
Dr.Ginekoloq Jalə Cavadova
(+994 50) 215 96 92