Tibb Üzrə Fəlsəfə Doktoru, həkim mama-ginekoloq Cavadova Jalə Rövşən qızı 03.07.1973-cü ildə anadan olub.
1990-1997-ci illərdə Jalə Cavadova N.Nərimanov adına Azərbaycan Tibb Universitetində Mualicə işi fakultəsində təhsil alıb.
2006-ci ildə Jalə Cavadova Türkiyə İstanbul Zeynəb Kamil Kadın və çocuk hastalıkları Eğitim və Araşdırma xəstəxanasında təcrübə mübadiləsi və kurslarında iştirak edib. 04.02.2016-25.08.2016-cı illər Ankara Zekai Tahir Burak Sağlık Uygulama və Araştırma Merkezinde İVF üzre tüp bebek kurslarında iştirak edib.
2017-ci ildə Uşaqlıq boynu və uşaqlıq yolunun müasir müayinə metodları üzrə kurs və master-klass treninqlərdə iştirak edib. (Fotek-ultrases kavitasiyasi)
2018-ci ildə Jalə Cavadova Ankarada Zekai Tahir Burak Sağlık Uygulama və Araşdırma Merkezinde Ultrasəs müayinə kurslarında iştirak edib.
Hal-hazırda Doktor Jalə Cavadova (Şərifova) Respublika Perinatal Mərkəzində fəaliyyət göstərir.
This website uses cookies.