Hamiləlik Zamanı İltihablardan Necə Qorunaq?

İltihabi xəstəliklərin əsas təhlükə faktorları: 

Cinsi yolla keçən infeksiyalar
Uşaqlıq daxilinə yerləşdirilmiş hamiləliyin qarşısını alan vasitələr (“spiral”)
Süni uşaqsalmalar (abortlar)
Doğuşdan sonrakı fəsadlar hesab olunur.

İltihabi proseslərin törədiciləri içərisində: Stafilokokk
Streptokokk
Xlamidiya
Mikoplazma
Ureaplazma
Trixomonada və s. mikrobları göstərmək olar.

Əksər hallarda xəstəliyi törədən mikroblar cinsi yollardan (uşaqlıq yolu və uşaqlıq boynundan) daxil olurlar. Az-az hallarda infeksiya buraya digər orqanlardan (böyrəklər, sidik kisəsi, öd kisəsi və s.) düşmüş olur. Cinsi orqanların iltihabi xəstəlikləri zamanı sonsuzluğun baş verməsi ehtimalı 60-70% təşkil edir.

Qadın cinsi orqanlarının iltihabi xəstəliklərində ağrı, qadın cinsi yollarından olan qeyri-adi rəngli və qoxulu ifrazatların olması və s. bu kimi əlamətlər ola bilər. Ancaq bir çox hallarda infeksiya özünü heç bir əlamətlə büruzə verməyə də bilər.

Xəstəliyin müalicəsi vaxtında başlanmazsa, o, xroniki formaya keçə bilər ki, bu da qadın cinsi orqanlarında müxtəlif patologiyaların inkişaf etməsinə (məsələn, uşaqlıq borularında olan çapıqlar, uşaqlığın selikli qişasında olan dəyişikliklər və s.) səbəb ola bilər. Bütün bunlar da öz növbəsində sonsuzluq ilə nəticələnə bilərlər.

Beləliklə, qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri – qadınlarda baş verən sonsuzluğun əsas səbəblərindən biri olub, xəstəliyə qarşı çox diqqətli olmağı və ilkin dövrlərindən başlayaraq aktiv şəkildə müalicə aparılmasını tələb edir. Əfsuslar olsun ki, bu xəstəliklər, bir çox hallarda özlərini heç bir əlamətlə büruzə vermirlər. Məhz buna görə, ildə 2 dəfədən az olmayaraq hər bir qadın həkim-ginekoloqun profilaktik müayinələrindən keçməlidir. Bu xəstəliklərin profilaktikası və ilkin diaqnostikası nəticə etibarı ilə sonsuzluğun da profilaktikasında ən əsas və vacib şərt hesab edilir

Dr.Ginekoloq Jalə Cavadova
 (+994 50) 215 96 92

Jalə Cavadova

Share
Published by
Jalə Cavadova

Recent Posts

Uşaqlıq boynu eroziyası nədir?

Uşaqlıq Boynu Eroziyası: Tanı, Müalicə və İdarəetmə Giriş Uşaqlıq boynu eroziyası, uşaqlıq boynunun (serviks) selikli…

3 months ago

Vulvanın kraurozu nədir?

Vulvanın Kraurozu: Tanı, Müalicə və İdarəetmə Giriş Vulvanın kraurozu, vulva bölgəsindəki dəri və selikli qişanın…

3 months ago

Kriodestruksiya nədir?

Kriodestruksiya: Prinsipləri, Tətbiqləri və Üstünlükləri Giriş Kriodestruksiya, təbii və ya patoloji toxumaların soyuq vasitəsilə zədələnməsi…

3 months ago

Homeopatiya nədir?

Homeopatiya: Prinsipləri, Tətbiqi və Elmi Görünüşü Giriş Homeopatiya, 18-ci əsrdə Alman həkim Samuel Hahnemann tərəfindən…

3 months ago

Uşaqlıq boynu xəstəlikləri

Uşaqlıq boynu xəstəlikləri ginekologiyada mühüm mövzudur. Aşağıda bu xəstəliklərə dair qısa məlumatlar verilmişdir: Uşaqlıq Boynu…

3 months ago

Gardasil 9 nə üçündür?

Gardasil 9, insan papilloma virusu (HPV) infeksiyasının qarşısını almaq üçün istifadə edilən və geniş təsir…

3 months ago

This website uses cookies.